2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 noyabr 2015-ci il tarixli 144 və 146 saylı müraciətlərə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Fərzulla Xasay Səfər oğlu və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Hacılı Namiq Mahmud oğlu 6 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək müvafiq seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının yekun protokollarının etibarsız sayılmasını, həmin seçki dairələri üzrə səsvermənin baş tutmamasının və ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına dair 1 saylı protokolun 3-cü maddəsinin pozulmasının tanınmasını xahiş etmişlər.

                                           

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni mahiyyətə və xarakterə malik olduqlarından birgə rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, mahiyyəti üzrə eyni məzmunlu müraciətlərə Mərkəzi Seçki Komissiyasının iclasında 5 noyabr 2015-ci il tarixində baxılmış və 42/303 saylı qərar qəbul edilmişdir. Göründüyü kimi, ərizəçilərin iddialarının əsassızlığı barədə səlahiyyətli orqanların preyudisiyal əhəmiyyət kəsb edən qərarı qüvvədədir. Ona görə də tələbin təmin edilməsindən imtina edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Fərzulla Xasay Səfər oğlunun və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Hacılı Namiq Mahmud oğlunun müvafiq olaraq 144 və 146 saylı 6 noyabr 2015-ci il tarixli müraciətləri əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

10 November 2015, 08:11

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...