“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519) aşağıdakı dəyişikliklər edilsin:

1.1-ci maddənin dördüncü abzasında “korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının” sözləri “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin” sözləri ilə əvəz edilsin.

2.8-ci maddənin birinci hissəsinin üçüncü - səkkizinci abzasları müvafiq olaraq dördüncü - doqquzuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi;”.

3. Aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

“Maddə 11-1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (bundan sonra - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi) ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxır, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edir, ümumiləşdirir və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayır, həmin fəaliyyəti həyata keçirərkən normativ hüquqi aktlarda və onların layihələrində korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə, onların aradan qaldırılması üçün Baş prokuror qarşısında məsələ qaldırır, maarifləndirmə işlərini, profilaktik tədbirləri, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq digər səlahiyyətləri yerinə yetirir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyəti barədə Baş prokuror vasitəsilə müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına məlumat verir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi rəhbərlik edir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində idarə, şöbə və digər struktur bölmələri yaradıla bilər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tərkibində yaradılan struktur bölmələrinin səlahiyyətləri Baş prokuror tərəfindən müəyyən edilir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavinləri və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisləri Baş prokurorun böyük köməkçiləri, idarə rəislərinin müavinləri və şöbə rəisləri isə köməkçiləri hesab edilirlər.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini Baş prokuror vəzifəyə təyin və vəzifədən azad edir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verir.”.

4. 17-ci maddənin ikinci hissəsində “korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı” sözləri “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi” sözləri ilə əvəz edilsin.

5. 18-ci maddənin üçüncü hissəsində “korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının” sözləri “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 fevral 2014-cü il.

 

 

 

 

 

18 March 2014, 09:03

http://www.azertag.net

31—40 of 75

3 December 2015, 09:12

His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic   more...

20 November 2015, 11:11

His Highness Qaboos bin Said, Sultan of Oman   more...

20 November 2015, 11:11

His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia   more...

4 November 2015, 13:11

His Excellency Mr. Klaus Iohannis, President of Romania   more...

4 November 2015, 12:11

His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 August 2015, 10:08

His Excellency Mr Xi Jinping, President of the People's Republic of China   more...

18 August 2015, 10:08

His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

18 August 2015, 10:08

His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire   more...

18 August 2015, 10:08

President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend   more...

18 August 2015, 10:08

H.E. Mr. Barack Obama, President of the United States of America   more...