Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

 № 134

 Bakı şəhəri, 5 may 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında

 "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:

1. "Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 214 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 865; 2001, № 1, maddə 75; 2002, № 11, maddə 675; 2006, № 5, maddə 472; 2008, № 1, maddə 37, № 10, maddə 927, № 11, maddə 1042; 2009, № 9, maddə 737; 2010, № 8, maddə 769; 2011, №10, maddə 966).

2. "Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 9 iyun tarixli 88 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 489, № 9, maddə 756; 2010, № 8, maddə 769; 2013, № 5, maddə 585, № 8, maddə 1002).

3. "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları"nın təsdiq edilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməsi üçün əsas verən ölkə iqtisadiyyatına qoyulan investisiyanın məbləğinin və Azərbaycan Respublikasının banklarına qoyulan pul vəsaitinin məbləğinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 30 iyun tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 501, № 8, maddə 679; 2013, № 5, maddə 586).

4. "İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 696, № 8, maddə 769; 2013, № 8, maddə 996).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

27 May 2014, 17:05

http://cabmin.gov.az/

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...