Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması hallarında sahibkarlıq sahəsində plandankənar (növbədənkənar) yoxlamaların təxirə salınmadan keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.8-ci bəndə “olunmasını,” sözündən sonra “avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini,” sözləri əlavə edilsin;

1.2. 4.3-1-ci bəndə “əvvəl” sözündən sonra “(Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə edilsin;

1.3. 4.3-2-ci bəndin birinci cümləsinə “əvvəl” sözündən, ikinci cümləsinə “ərzində” sözündən sonra “(Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə edilsin;

1.4. 4.4-cü bəndə “müddətində” sözündən sonra “(Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə edilsin;

1.5. 5.1-ci bəndin birinci cümləsində “alınması,” sözü “alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamanın” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il.

11 October 2018, 08:10

http://www.azertag.az

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...