Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli qərarı ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 150

Bakı şəhəri, 16 may 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli qərarı ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1224) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nın 7.3-cü bəndində "əmək müqaviləsi bağlanan" sözləri "bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi" sözləri ilə əvəz edilsin.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

5 June 2014, 14:06

http://cabmin.gov.az/

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...