"Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 160

Bakı şəhəri, 21 may 2014-cü il

"Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komis-siyasının regional bölmələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 194, № 10, maddə 846; 2012, № 6, maddə 627) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci və 3-cü hissələrdə "Quba" sözü "Xaçmaz" sözü ilə əvəz edilsin;

1.2. həmin qərara əlavə - "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin ştat vahidlərinin sayı"nın "Regional bölmələr" sütununun beşinci sətrində "Quba" sözü "Xaçmaz" sözü ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

5 June 2014, 14:06

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...