“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 3-cü maddəsində nəzərdə tutulan həyətyanı və bağ sahələrinin hüququ statusunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, yaşıllıqların müfəssəl siyahısını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin Qanunun 9.0.6-cı maddəsinə uyğun olaraq, yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 12.2-ci maddəsinə uyğun olaraq, yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 13.8-ci maddəsinə uyğun olaraq, yaşıllıqların götürülməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin Qanunun 14.2-ci maddəsinə uyğun olaraq, yaşıllıqların bərpası qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.110. həmin Qanunun 16.1-ci maddəsinə uyğun olaraq, yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin Qanunun 16.2-ci maddəsinə uyğun olaraq, yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.12. həmin Qanunun 18.2-ci maddəsinə uyğun olaraq, yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.13. həmin Qanunun 19.3-cü maddəsinə uyğun olaraq, yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.14. həmin Qanunun 21.3-cü maddəsinə uyğun olaraq, yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. həmin Qanunun 7.1-ci, 8.2.5-ci və 11.0.2-ci maddələrində, 13.4‑cü maddəsinin birinci cümləsində (hər iki halda), 14.4-cü maddəsində, 14.5-ci maddəsində (hər iki halda), 15.1-ci maddəsində (ikinci halda), 20.4.1-ci və 20.4.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü, 9.0.6-cı və 12.2-ci maddələrində, 13.4-cü maddəsinin ikinci cümləsində, 13.5-ci maddəsinin birinci cümləsində, 13.8-ci və 14.2-ci maddələrində, 15.1-ci maddəsində (birinci halda), 16.1-ci, 16.2-ci, 18.2-ci, 19.3-cü və 21.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2. həmin Qanunun 12.3-cü, 19.1-ci və 20.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4‑cü maddəsinin ikinci cümləsində, 13.5-ci maddəsinin birinci cümləsində və 15.1‑cü maddəsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.8-ci yarımbəndində göstərilən qayda yaşıllıqların götürülməsinə rəyin verilməsi və yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydasını, 1.1.9-cu yarımbəndində göstərilən qayda isə yaşıllıqların bərpa dəyərinin hesablanması qaydasını əks etdirməlidir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2014-cü il.

 

1 июля 2014, 09:07

http://www.azertag.net

3521—3530 из 3607

12 февраля 2014, 09:02

О досрочном прекращении полномочий судьи Бакинского суда по тяжким преступлениям Г.А.Алиева   подробно...

12 февраля 2014, 09:02

О расширении осуществляемых в центрах «ASAN xidmət» видов услуг и электронных услуг и внесении изменений в Указ Президента Азербайджанской Республики от 5 сентября 2012 года номер 706 «Об обеспечении деятельности Государственного агентства по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики»   подробно...

11 февраля 2014, 16:02

Министр труда и министр образования Азербайджана обсудят проблему развития профессионального образования   подробно...

10 февраля 2014, 15:02

Резко расширен штат Министерства налогов Азербайджана   подробно...

10 февраля 2014, 12:02

Текущий счёт Азербайджана в 2013 году имел $10 млрд. профицита   подробно...

10 февраля 2014, 11:02

Отмена механизма купчих на квартиры предложена в Азербайджане   подробно...

7 февраля 2014, 11:02

Эмир Катара и президент Азербайджана договорились в Сочи о создании совместных предприятий   подробно...

7 февраля 2014, 11:02

Новые механизмы налогового контроля вводятся в Азербайджане   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный инженер» лицам, занятым в сфере связи и информационных технологий в Азербайджанской Республике   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, занятых в информационно-коммуникационной сфере и космической промышленности в Азербайджанской Республике   подробно...