Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 20-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197, № 12, maddələr 1897, 1907; 2020, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 4, maddə 309, № 7, maddələr 711, 713, № 8, maddə 894, № 12, maddə 1346; 2022, № 6, maddə 580, № 8, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 233.1-ci maddədən “355-13.4-cü,” sözləri çıxarılsın;
1.2. 305.1.14-cü maddə və 40-4-cü fəsil ləğv edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, № 12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856; 2021, № 6 (I kitab), maddə 541, № 7, maddə 711; 2022, № 5, maddələr 428, 436, № 8, maddə 828; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 642-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 132.1.2-ci maddədən “pul vəsaitləri və ya digər” sözləri (hər dörd halda) çıxarılsın;
2.2. 177-ci maddə üzrə:
2.2.1. 177.3.8-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;
2.2.2. 177.4.5-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri (hər iki halda) və “pul vəsaitləri və ya digər” sözləri çıxarılsın;
2.3. 248.3-cü maddənin ikinci cümləsində “vəsait” sözü “əmlak” sözü ilə əvəz edilsin və üçüncü cümləsindən “pul və ya” sözləri çıxarılsın;
2.4. aşağıdakı məzmunda LX fəsil əlavə edilsin:
“LX fəsil
Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat
Maddə 526. Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinin ümumi şərtləri
526.1. Bu Məcəllənin 526.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər və ya qurumlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahısına (bundan sonra – ölkədaxili siyahıya) daxil edilərək onların “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aktivləri dondurulur, həmin şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsi qadağan edilir.
526.2. Aşağıdakı fiziki şəxslər və qurumlar ölkədaxili siyahıya daxil edilirlər:
526.2.1. terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;
526.2.2. bu Məcəllənin 526.2.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar;
526.2.3. bu Məcəllənin 526.2.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.
526.3. Fiziki şəxslər və qurumlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər.
526.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdimatı Azərbaycan Respublikasının Baş Prokurorluğunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nəzarət orqanlarının, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir.
Maddə 527. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimatın məzmunu
527.1. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimatda aşağıdakılar göstərilməlidir:
527.1.1. onun tərtib edildiyi tarix, vaxt və yer;
527.1.2. onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
527.1.3. cinayət işi olduğu halda, onun nə vaxt, kim tərəfindən və nə ilə əlaqədar başlandığı;
527.1.4. ölkədaxili siyahıya daxil edilmə üçün əsas hesab edilən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar;
527.1.5. fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsinin zəruriliyinin əsaslandırılması, ölkədaxili siyahıya daxil edilməsi üçün bu Məcəllənin 526.2-ci maddəsində nəzərdə tutulanlara aid olmasına dair məlumatlar;
527.1.6. fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi ilə hansı nəticənin əldə edilməli olduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmadığı;
527.1.7. fiziki şəxsin və ya qurumun dəqiq müəyyənləşdirilməsi üçün aşağıdakı eyniləşdirmə məlumatları:
527.1.7.1. fiziki şəxslər üçün — soyadı, adı, atasının adı, doğum tarixi, doğum yeri, milliyyəti, vətəndaşlığı, cinsi, məşğuliyyəti (peşəsi), yaşayış yeri və olduğu yer, əvvəlki yaşayış ünvanları, ümumvətəndaş pasportu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi, qüvvədə olma müddəti, olduğu halda ləqəbləri, telefon nömrələri, elektron poçt ünvanları və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
527.1.7.2. hüquqi şəxslər üçün — adı, hüquqi ünvanı, törəmə hüquqi şəxsləri, filialları, nümayəndəlikləri, fəaliyyət sahəsi, sahibkarlıq fəaliyyət növü, rəhbərliyi, təsisçisi (təsisçiləri), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, elektron poçt ünvanları, telefon nömrələri, əvvəlki adları və ya eyniləşdirmə məlumatları;
527.1.8. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.
527.2. Təqdimata fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsinin zəruriliyini əsaslandıran sənədlər əlavə edilməlidir. Təqdim olunmuş məlumat və sənədlər kifayət etmədikdə, məhkəmə onların tamamlanmasını tələb etmək hüququna malikdir.
527.3. Fiziki şəxs və ya qurum xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahıya daxil edildikdə, sorğu edən dövlətin təqdim etdiyi məlumat və sənədlər (əsli və tərcüməsi) təqdimata əlavə edilməlidir.
Maddə 528. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimata baxılması qaydası
528.1. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimata müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən, təqdimat məhkəməyə daxil olduqdan sonra 48 saat müddətində baxılır.
528.2. Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat vermiş orqana (quruma), barəsində təqdimat verilmiş fiziki şəxsə və ya quruma, çıxarılacaq məhkəmə qərarının hüquq və mənafelərinə təsir göstərə biləcək digər maraqlı şəxslərə (onlar məlum olduqda), onların müdafiəçilərinə və ya qanuni nümayəndələrinə, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməlidir. Barəsində təqdimat verilmiş fiziki şəxs və ya qurum, eləcə də maraqlı şəxs məhkəmə iclasında iştirak edə, habelə onların qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil vasitəsi ilə təmsil oluna bilərlər.
528.3. Təqdimata baxılma yeri və vaxtı barədə məlumatlandırılmış bu Məcəllənin 528.2-ci maddəsində göstərilən şəxsin və ya qurumun nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi təqdimata baxılmasına mane olmur.
528.4. Məhkəmə təqdimatda göstərilən məlumatları təsdiq və ya təkzib edən şəxsi və ya qurumun nümayəndəsini dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir.
528.5. Məhkəmə təqdimatın təmin edilməsi və ya rədd edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Qərar dərhal qüvvəyə minir.
528.6. Qərarın surəti elan edildiyi vaxtdan 3 gün müddətində bu Məcəllənin 528.2-ci maddəsində göstərilən şəxslərə və qurumlara göndərilir.
528.7. Bu Məcəllənin 528.2-ci maddəsində göstərilən şəxslər və qurumlar məhkəmənin qərarından, qərarın alındığı vaxtdan 10 gün müddətində apellyasiya şikayəti (protesti) və apellyasiya instansiyası məhkəməsinin qərarından eyni qaydada kassasiya şikayəti (protesti) verə bilərlər. Qərardan şikayət verilməsi onun icrasını dayandırmır.
528.8. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində müvafiq olaraq apellyasiya və kassasiya şikayətlərinə və ya protestlərinə bu maddədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllədə müəyyən edilmiş ümumi qaydada baxılır.
528.9. Təqdimatın təmin edilməsi barədə qərar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada icra edilir və barəsində qərar qəbul edilmiş fiziki şəxs və ya qurum məlumatlandırılır.
Maddə 529. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması
529.1. Ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı və ya siyahıya daxil edilmiş fiziki şəxsin və ya qurumun, habelə həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxsin müraciəti əsasında ölkədaxili siyahıya daxil edilmə barədə qərarı qəbul etmiş müvafiq məhkəmənin qərarı ilə fiziki şəxs və ya qurum ölkədaxili siyahıdan çıxarılır.
529.2. Ölkədaxili siyahıdan çıxarılma barədə təqdimatda və ya müraciətdə aşağıdakılar göstərilir:
529.2.1. onun tərtib edildiyi tarix, vaxt və yer;
529.2.2. onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
529.2.3. siyahıdan çıxarılacaq fiziki şəxsin və ya qurumun eyniləşdirmə məlumatları;
529.2.4. ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən məlumat;
529.2.5. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.
529.3. Təqdimat və ya müraciətə ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən sənədlər, təqdimata isə həmçinin ölkədaxili siyahıya daxil edilmə barədə qərarın surəti əlavə edilir. Fiziki şəxs və ya qurum xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahıya daxil edilibsə, sorğu göndərən dövlətin fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması ilə bağlı sorğusu da təqdimata əlavə edilir.
529.4. Ölkədaxili siyahıdan çıxarılma barədə təqdimat və ya müraciətə bu Məcəllənin 528-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.
Maddə 530. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi və ya ölkədaxili siyahıdan çıxarılması barədə təkrar təqdimat və təkrar müraciətlərə baxılması
Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi və ya ölkədaxili siyahıdan çıxarılması barədə təqdimat və ya müraciətin təmin edilməməsi barədə hakim tərəfindən qərar çıxarıldıqdan sonra məhkəməyə təkrar müraciətə müvafiq olaraq ölkədaxili siyahıya daxil edilmənin və ya ölkədaxili siyahıdan çıxarılmanın zəruriliyini təsdiq edən yeni hallar aşkar edildikdə yol verilir.”.
Maddə 3. Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
1 февраля 2023, 08:0225 января 2023, 08:01
Указ Президента Азербайджанской Республики Об утверждении «Соглашения между Правительством Азербайджанской Республики и Правительством Российской Федерации о сотрудничестве и взаимодействии в целях согласованного развития пунктов пропуска через государственную границу между Азербайджанской Республикой и Российской Федерацией и транспортных подходов к ним» подробно...
24 января 2023, 10:01
Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Государственной программы по приведению национальной системы стандартизации в соответствие с международными требованиями на 2023-2025 годы» подробно...
13 января 2023, 14:01
Указ Президента Азербайджанской Республики О повышении размера социальных пособий и внесении изменений в Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 29 августа 2013 года номер 973 подробно...
13 января 2023, 14:01
Распоряжение Президента Азербайджанской Республики О повышении размера пенсии Президента Азербайджанской Республики участникам Великой Отечественной войны 1941-1945 годов, лицам, работавшим во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденным медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда», и внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «Об учреждении пенсии Президента Азербайджанской Республики для участников Великой Отечественной войны 1941-1945 годов, лиц, работавших во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденных медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда» от 2 июля 2012 года номер 2320 подробно...
13 января 2023, 08:01
Распоряжение Президента Азербайджанской Республики О назначении судей ряда судов первой инстанции подробно...
11 января 2023, 15:01
Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Мамедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Израиль подробно...
5 января 2023, 15:01
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению социального благосостояния населения подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики О назначении чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Нидерландов Р.С.Мустафаева одновременно постоянным представителем Азербайджанской Республики в Организации по запрещению химического оружия с резиденцией в городе Гаага подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Алиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Катар подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Р.Ф.Исмаилова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Государстве Катар подробно...