Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 12

Bakı şəhəri, 17 yanvar 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə

  "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 750-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 57 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 189) ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nın 3.11-ci bəndinin üçüncü abzasının ikinci və üçüncü cümlələrində "Bayrağı" və "Bayrağın" sözləri müvafiq olaraq "Dövlət bayrağı" və "Dövlət Bayrağının" sözləri ilə əvəz edilsin.

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə 

30 января 2014, 09:01

http://cabmin.gov.az/

3501—3510 из 3607

18 февраля 2014, 10:02

Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году   подробно...

18 февраля 2014, 09:02

90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне   подробно...

18 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики   подробно...

17 февраля 2014, 12:02

Министр туризма Азербайджана озадачил участников рынка   подробно...

17 февраля 2014, 09:02

Об утверждении «Концепции культуры Азербайджанской Республики»   подробно...

17 февраля 2014, 09:02

О награждении орденом «Истиглал» А.М.Пашаева   подробно...

17 февраля 2014, 09:02

О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали»   подробно...

14 февраля 2014, 15:02

ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок   подробно...

14 февраля 2014, 10:02

«Справедливость к Ходжалы» получила государственное финансирование   подробно...

14 февраля 2014, 09:02

О 100-летнем юбилее Лютфали Абдуллаева   подробно...