“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 855-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 855-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 fevral 2014-cü il.

4 февраля 2014, 09:02

http://www.azertag.net

3051—3060 из 3607

2 сентября 2014, 09:09

О награждении орденом «За службу Отечеству» 3-й степени Г.З.Гасанова   подробно...

1 сентября 2014, 09:09

О мерах по строительству автомобильной дороги между поселками Биринджи и Он биринджи Гайыдыш Физулинского района   подробно...

1 сентября 2014, 09:09

О дополнительных мерах по ускорению социально-экономического развития Физулинского района   подробно...

1 сентября 2014, 09:09

О дополнительных мерах по строительству автомобильной дороги Биринджи Шахсевен-Ахмедли-Дуньямалылар Бейляганского района   подробно...

1 сентября 2014, 09:09

О мерах по строительству в Бейляганском районе Олимпийского спортивного комплекса   подробно...

1 сентября 2014, 09:09

О дополнительных мерах по ускорению социально-экономического развития Бейляганского района   подробно...

29 августа 2014, 13:08

В Министерстве образования начались добровольные отставки   подробно...

28 августа 2014, 11:08

Установлено правило государственного финансирования проектов НПО в области культуры   подробно...

28 августа 2014, 09:08

О мерах по реконструкции кольцевой автомобильной дороги Шекерабад-поселок Бабек-Неграм-Аразкенд в Бабекском районе Нахчыванской Автономной Республики   подробно...

28 августа 2014, 09:08

О награждении орденом «Шохрат» Р.Б.Мобили   подробно...