Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”ni “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

                                                 

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453, № 12, maddə 731; 2004, № 10, maddə 760; 2005, № 4, maddə 280, № 10, maddələr 871, 872; 2006, № 10, maddə 846, № 11, maddə 927; 2007, № 8, maddə 756, № 11, maddələr 1073, 1081; 2008, № 3, maddə 155, № 10, maddə 882; 2009, № 2, maddə 48, № 6, maddə 399; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 12, maddə 1057; 2011, № 1, maddə 13, № 2, maddə 71; 2013, № 5, maddə 462; 2015, №5, maddə 489) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 24-cü maddəsində “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə əvəz edilsin və həmin maddəyə “qeydiyyata” sözündən əvvəl “xüsusi” sözü əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2015-ci il.

4 ноября 2015, 09:11

http://www.azertag.net

3601—3607 из 3607

13 ноября 2013, 09:11

Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Гейдар Алиев» Абдуллаха Гюля   подробно...

30 октября 2013, 08:10

Распоряжение Президента Азербайджанской Республики О проведении 2800-летия памятников Муган Бабазанлы   подробно...

30 октября 2013, 09:10

Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с транспортировкой азербайджанского природного газа на мировой рынок по Южному газовому коридору   подробно...

16 апреля 2013, 10:04

Распоряжение Президента Азербайджанской Республики О мерах по укреплению материально-технической базы Научно-исследовательского института педиатрии и Научно-исследовательского института акушерства и гинекологии Министерства здравоохранения Азербайджанской   подробно...

25 декабря 2012, 06:12

Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Шохрат» Б.Ю.Симандуева   подробно...

16 января 2013, 21:01

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Сабирабадского района   подробно...

19 августа 2013, 13:08

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Габалинского района   подробно...