Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1141—1150 / 1989
Malların müvəqqəti idxal (ixrac) gömrük rejimində rəsmiləşdirildiyi andan həmin malların digər gömrük rejimində rəsmiləşdirildiyi anadək və ya mallar geri aparılarkən (gətirilərkən) onların müvəqqəti idxal (ixrac) gömrük rejimində gömrük nəzarəti altında olduğu müddət.
Vətəndaşların müəyyən müddət ərzində ictimai-səmərəli fəaliyyəti.
Atmosfer havasının keyfiyyəti və müvafiq ərazinin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla atılmanın yol verilən həddinə mərhələlərlə nail olmaq şərtilə, stasionar mənbələr üçün müəyyən edilən atmosfer havasına zərərli maddələrin atılmasının müvəqqəti həddi.
Əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs Vergi Məcəlləsinin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır.
Maddi-mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsi.
Muzey əşyalarının və kolleksiyalarının qorunub saxlanmasını təmin edən, maddi və hüquqi şərtlərin yaradılmasını nəzərdə tutan muzey fəaliyyəti.
Keyfiyyəti və ya xüsusi əlamətlərinə görə cəmiyyət üçün qorunub saxlanılması, öyrənilməsi və kütləvi nümayişi zəruri olan mədəniyyət sərvəti.
Elmi, mədəni, mənəvi və estetik tələbatın ödənilməsi məqsədilə insan, onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin və maddi nümunələrin əldə edilməsi, qorunması, uçotu, tədqiqi, təbliği və nümayişi.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylərdə daimi saxlanılan, qorunan muzey əşyalarının və kolleksiyalarının məcmusu.
Əsas fondun tərkibində vahid tam kimi elmi, tarixi, mədəni əhəmiyyət daşıyan muzey əşyalarının məcmusu.