Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1151—1160 / 1989
Müvəqqəti olaraq nümayiş etdirilməyən muzey əşyalarının və kolleksiyalarının saxlandığı yer.
Dövriyyədə olan və müvafiq xarici dövlətdə, yaxud dövlətlər qrupunda qanuni ödəniş vasitəsi olan banknotlar, xəzinə biletləri, sikkələr şəklində pul nişanları.
Pul nişanlarından istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödəniş.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün Seçki Məcəlləsinə uyğun olaraq namizədliyi irəli sürülmüş şəxs.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasında bələdiyyə üzvü vəzifəsinə seçilməsi nəzərdə tutulan şəxslərin müəyyən edilməsinə dair təşəbbüs, həmçinin bu təşəbbüsün dəstəklənməsinə yönəldilmiş imzaların toplanması və ya Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada göstərilən təşəbbüsün digər üsullarla həyata keçirilmə formaları.
İnsan psixikasına təsir göstərən maddələrdən sui–istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş inzibati və xəbərdaredici tədbirlərin məcmusu.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsi.
İnsan psixikasına təsir göstərən maddələrin sui–istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxs.
İnsan psixikasına təsir göstərən maddələrdən sui–istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusu.
Narkoloji xəstələrin, o cümlədən insan psixikasına təsir göstərən maddələrdən sui–istifadə edən şəxslərin səhhətinin, psixoloji vəziyyətinin qiymətləndirilməsinə və onların müalicə edilməsinə yönəldilmiş tibbi tədbirlər, habelə bu şəxslərin səhhəti üzərində həyata keçirilən sonrakı müşahidə.