О мерах, связанных с усовершенствованием законодательства относительно охраны государственной тайны


«Azərbaycan» qəzetində dərc edilmişdir (12 sentyabr 2002-ci il, № 210) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2002-ci il, № 9, maddə 558)

Release date: 10.10.2005

Dövlət sirrinin qorunmasına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər haqqında

Dövlət sirrinin qorunmasına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət sirrinin qorunması sahəsində mövcud olan normativ aktların bir çoxunun müasir dövlət quruculuğu və iqtisadi-inkişaf tələblərinə cavab verməməsini nəzərə alaraq, dövlətin təhlükəsizliyinin təmin edilməsinin bu mühüm sahənin demokratik cəmiyyətlərdə qəbul edilmiş standartlara uyğun olaraq müasirləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində «Dövlət sirri haqqında» Azərbaycan Respublikasının yeni qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyaya tapşırılsın ki, bir ay müddətində məlumatların dövlət sirrinə aid edilməsi qaydalarını və Dövlət sirrinə aid edilən məlumatların yeniləşdirilmiş siyahısını hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin. Adı çəkilən sənədlər hazırlanarkən nəzərə alınmalıdır ki, məlumatların dövlət sirrinə aid edilməsi səlahiyyəti bir qayda olaraq ayrı-ayrı vəzifəli şəxslərə yox, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasına məxsus olmalıdır.

3. Azərbaycan Respublikası Prezidentinin 771 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət sirrinin kütləvi informasiya vasitələrində yayılmasının qarşısının alınması qaydalarının 8-ci bəndində «andan» sözündən sonra «48 saat ərzində, müstəsna hallarda isə» sözləri əlavə edilsin; 10-cu bəndində «tələb edə bilər» sözləri «təklif edə bilər» sözləri ilə əvəz edilsin, həmin bəndin axırıncı cümləsi çıxarılsın.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 11 sentyabr 2002-ci il

№ 785

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 sentyabr 2002-ci il, № 210) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2002-ci il, № 9, maddə 558) («LegalActs» LLC).

10 oktyabr 2005-ci il tarixli, 301 nömrəli fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC