Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1021—1030 / 1989
Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər.
Meşələrin vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu funksiyaları gücləndirmək məqsədi ilə qırma yaşı çatmış və ya ötmüş ağaclıqlarda aparılan qırma.
Müəyyən edilmiş metroloji qayda və normalara əməl edilməsinin yoxlanması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı, yaxud hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən həyata keçirilən fəaliyyət.
Ölçmələrin vəhdətinin təmin edilməsinə yönəldilmiş iş növləri və fəaliyyət subyektləri.
Asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsi.
Ticarət sahəsi 50 kv.m-dən yuxarı olub, meyvə-tərəvəz satışı üçün lazım olan avadanlıqlara malik olan ticarət obyektidir. Tez xarab olan meyvələrin saxlanılması üçün bu obyektlər anbarlara və xüsusi soyuducu avadanlıqlara malik olmalıdırlar. Anbar sahəsində iri həcmli soyuducular (2—4—6 t) qurulmalıdır. Alıcılarla hesablaşmalar kassa vasitəsi ilə aparılır. Ticarət zalında onların fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar olmalıdır.
Texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması.
Texniki nasazlıq, anlaşılmazlıq və bu kimi digər səbəbdən plandan kənar hava gəmisinin enməsi.
Qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi.
Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütamadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər.