Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1031—1040 / 1989
Həm mədaxil, həm də məxaric kassalarının funksiyalarını həyata keçirən kassa.
İnsan fəaliyyəti nəticəsində yaradılmış mənzərəli yer səthləri.
Özfəaliyyət əsasında sərbəst yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinin təmin olunması.
Torpaqların kol-kosdan, daş-kəsəkdən, ağac kötüklərindən və başqa əşyalardan təmizlənməsi, torpaqların rekultivasiyası.
Mədəniyyət sərvətlərinin yaradılması, toplanması, tədqiqi, təbliği, yayılması, nümayişi və qorunması.
Peşəkar yaradıcılıq fəaliyyəti ilə məşğul olan və ya mədəniyyət təsisatında işləyən şəxs.
Mənəvi və estetik ideallar, normalar və davranış qaydaları, dillər, dialektlər, ləhcələr, milli və etnik ənənələr və adətlər, tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və incəsənət əsərləri, mədəniyyət fəaliyyətinin elmi tədqiqatının nəticələri və metodları, tarixi və mədəni əhəmiyyəti olan binalar, tikililər, əşyalar, tarix və mədəniyyət baxımından unikal ərazilər və obyektlər.
Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
Duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsi.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ədalət mühakiməsini həyata keçirmək məqsədilə yaradılan, Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada birinci, apellyasiya və kassasiya instansiyası qismində cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara baxan məhkəmədir.