Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1041—1050 / 1989
Məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxs.
Təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqat.
Məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır.
Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanı.
Məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsi.
Cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına, bir neçə hakimdən ibarət tərkibdə və ya andlı iclasçıların iştirakı ilə baxılarkən məhkəmə iclasında sədrlik edən hakimdir.
Şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır.
Yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələrinin işçilərin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan su.
Yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı.
Məişət maşın və cihazlarının (soyuducuların, tozsoranların, televizorların, saçqurudanların, velosipedlərin, musiqi alətlərinin, şirə və ət çəkən maşınların, hesablama və yazı maşınlarının və s.) təmiri, silinməsi və yağlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu obyektlər ayrı-ayrı maşın, cihaz və məişət texnikalarının təmiri üzrə ixtisaslaşa bilər. Onlar müvafiq avadanlıqlarla təmin edilməlidirlər.