Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1071—1080 / 1989
Klirinq təşkilatı tərəfindən ticarət iştirakçılarının bağladıqları fyuçers kontraktları üzrə hüquq və öhdəlikləri əldə etməklə, əvəzləşdirilmənin aparılması.
Büdcə təsnifatına uyğun olaraq, dövlət büdcəsində nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər.
Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra — vətəndaşların) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti.
Yaşayış məskənlərinin baş planla müəyyən olunmuş sərhədlərinin hüdudlarından kənarda qalan ərazi.
Əhalinin əmək, sosial və mənəvi tələbatını, ətraf mühitin qorunmasını, bərpasını və yaxşılaşdırılmasını təmin edən qarşılıqlı əlaqəli şəhər və digər yaşayış məskənlərinin məkan təşkili.
Azərbaycan Respublikasına daxil olan və bu ərazidən aparılan malları sənədləşdirən gömrük əməkdaşı.
Mətbu nəşrə rəhbərlik edən baş redaktor (redaktor), yaxud onu əvəz edən şəxs; teleradio təşkilatında verilişlərin (proqramların) yayımına icazə verən şəxs.
Əməliyyat günü ərzində nağd pul və digər qiymətlilərin verilməsini həyata keçirən kassa.
Rəsmi statistika materiallarının istehsalı üçün toplanan və birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və ilkin məlumatların aşkar olunmasına imkan verən məlumatlardır.
Məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekvizitlərdir.