Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

231—240 / 1989
Birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisi.
Müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyət.
Broker və müştəri arasında bağlanılan broker xidmətləri üzrə müqavilə.
Muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək.
Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının ərazilərindən nəql olunmasına dair imzalanmış 18 noyabr 1999-cu il tarixli Sazişin mətnində «Nəqletmə sistemi» kimi müəyyənləşdirilən boru kəməri (o cümlədən köməkçi qurğu və avadanlıqlar)
Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi.
Büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği.
Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar.
Yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr.
Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləği.