Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

251—260 / 1989
Razılığa gələn tərəfin gömrük orqanları tərəfindən konkret BYD əməliyyatının lazımi qaydada dayandırılması faktının qəbul edilməsi deməkdir. Bu, gömrük orqanları tərəfindən təyinat və ya çıxış (aralıq gömrük orqanı) gömrük orqanında mövcud olan məlumatların göndərən və ya giriş (aralıq gömrük orqanı) gömrük orqanlarında mövcud olan məlumatlarla müqayisə edilməsi əsasında müəyyənləşdirilir.
Nəzarət məqsədi üçün yol nəqliyyatı vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yük və ona aid olan BYD kitabçası ilə birlikdə göndərən və ya giriş (aralıq) gömrük orqanına təqdim olunması və BYD kitabçasının həmin gömrük orqanları tərəfindən rəsmiləşdirmə üçün qəbul edilməsi.
Nəzarət məqsədi üçün yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yük və ona aid olan BYD kitabçası ilə birlikdə təyinat və ya çıxış (aralıq) gömrük orqanına təqdim edilməsi.
Konvensiyanın müvafiq müddəalarına əsasən BYD kitabçasının verildiyi və adından göndərən gömrük orqanına BYD prosedurası altında yükün yerləşdirilməsi məqsədi ilə BYD kitabçası şəklində gömrük bəyannaməsinin təqdim edildiyi şəxs.
Xidmət obyekti olub xüsusi avadanlıqlarla təmin olunmaqla sifariş əsasında paltarların, yataq ləvazimatlarının, iaşə obyektləri üçün süfrələrin, əl dəsmallarının və s. yuyulması ilə məşğul olur.
Teleradio verilişlərinin əvvəlcədən lentə alınmadan birbaşa ötürülməsi.
Poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu.
Maliyyə icarəsindən fərqli olan istənilən icarə.
Müqavilədə nəzərdə tutulmuş tarixlərə əsas məbləği və faizləri ödənilən kreditlər.
Bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) ödənişi nəzərdə tutulan alınmış ssudalar, qiymətli kağızlar, verilmiş veksellər və s. öhdəliklər.