Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

261—270 / 1989
Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilmə.
Yarpağı, tumurcuqları və zərif gövdəsi emal ediləndən sonra çay içkisi kimi istehlak olunan həmişəyaşıl çoxillik subtropik bitki
Çay plantasiyalarının salınmasında, bərpasında və təmirində istifadə edilən veqetativ və generativ üsullarla çoxaldılan tinglər
Çay yarpağının emalı yolu ilə istehlak üçün hazırlanmış məxməri, preslənmiş, tozvari və qatılaşdırılmış çay növləri
Çay yarpağını ilkin emal edən, onun yarpağından çay məhsulları istehsal edən və qablaşdıran yeyinti sənayesi sahəsi
Çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi
Orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çek verənin banka verdiyi və heç nə ilə şərtləşdirilməyən yazılı sərəncamından ibarətdir.
Kredit təşkilatı tərəfindən buraxılan çek blanklarından ibarət olan kitabçadır. Çek kitabçasında olan çeklərin sayı kredit təşkilatı tərəfindən müəyyən edilir.
Çekin ödənilməsindən imtina ilə əlaqədar, notariusun müəyyən hüquqi faktları rəsmi təsdiq edən hüquqi hərəkəti.
Toxunması nəzərdə tutulmuş xalçanın kompozisiyasının, naxış tərtibatının rəssam tərəfindən hazırlanmış texniki layihəsi.