Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

241—250 / 1989
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti.
Büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatı.
Dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, təşkilati və digər prinsiplər əsasında qruplaşdırılması.
Büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait.
Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondları.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda, bələdiyyələr.
Şəxslərin və ya nəqliyyat vasitələrinin mühafizə olunan obyektə nəzarətsiz girişi (çıxışı), habelə bu obyektə əmlakın nəzarətsiz gətirilməsi və ya bu obyektdən əmlakın nəzarətsiz çıxarılması imkanlarını istisna edən qayda və tədbirlərin məcmusu
Seçilmiş gömrük rejiminə uyğun olaraq malların buraxılışına dair qəbul edilmiş qərarın müddətinin gömrük orqanları tərəfindən uzadılması.
1975-ci il BYD Konvensiyasının tələblərinə uyğun müəyyən edilmiş qaydalara riayət etməklə, göndərən gömrük orqanından təyinat gömrük orqanına qədər yüklərin daşınması.
Razılığa gələn tərəfin göndərən və ya giriş (aralıq) gömrük orqanından təyinat və ya çıxış (aralıq) gömrük orqanına qədər həyata keçirilən BYD daşımalarının hissəsi.