Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

331—340 / 1989
Gömrük sərhədindən mal keçirən və malı gömrük rəsmiləşdirilməsi məqsədi ilə bəyan və təqdim edən şəxs.
Gömrük rəsmiləşdirilməsi məqsədi ilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs.
Beynəlxalq poçtun istiqamət planına uyğun olaraq eyni vaxtda, eyni ölkənin, eyni mübadilə yerindən digər ölkənin müvafiq mübadilə yerinə göndərilən poçtdur. (İçərisində məktub korrespondensiyası, qiyməti elan olunmuş məktublar, poçt bağlamaları və ya poçt kisələri olan bir və ya bir neçə kisə, həmçinin bir və ya bir neçə açıq bağlama). Tərkibinə görə depeşlər aşağıdakı növlərə bölünür: məktub korrespondensiyası (LC/AO) depeşləri; poçt bağlamaları (CP) depeşləri; sürətli poçt göndərişləri (EMS) depeşləri; geri qaytarılan boş kisə (SV) depeşləri.
Müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaiti.
Əmanətçidən və ya əmanətçi üçün banka daxil olmuş pul məbləğini (depoziti) və onun üçün faizləri bankdan almaq hüququnu təsbit edən qiymətli kağızdır. Depozit sertifikatı müəyyən müddətə adlı və ya adsız qiymətli kağız kimi buraxıla bilər.
Qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyət.
Bir-biri ilə «depo» hesabları açmaq vasitəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən depozitarların vahid sistemidir.
Girov qoyulmuş əmlakın satışından əldə edilən hasilatı alan və girovsaxlayanlar arasında bölüşdürən müvəkkil bank.
«Gəmidən göndəriş». Əgər mal gəminin bortunda alıcıya təhvil verilibsə və hələ razılaşdırılmış təyinat limanında gömrükdən keçməyibsə, satıcı çatdırılma üzrə öz vəzifəsini yerinə yetirmiş hesab edir. Alıcının ölkəsində yerləşən təyinat limanına qədər malın çatdırılması üzrə bütün xərcləri və riskləri satıcı çəkir. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
İnsan psixikasına təsir göstərən maddələrin və ya onların dağılması məhsullarının orqanizmdən çıxarılması yolu ilə orqanizmin zəhərlənmə nəticəsində pozulmuş funksiyalarının bərpası, insan psixikasına təsir göstərən maddələrin doğurduğu abstinent sindromunun və asılılığın aradan qaldırılması.