Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

291—300 / 1989
Sərhəd buraxılış məntəqəsində yerləşən, malların oradan keçməklə Azərbaycan Respublikasından aparıldığı Azərbaycan Respublikasının aralıq gömrükxanası.
Əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə (coğrafi obyektlə) bağlı olduğunu bildirən, onun xüsusi keyfiyyətini, şöhrətini və başqa xüsusiyyətlərini əks etdirən göstərici.
Coğrafi obyektin daha çox istifadə edilən adının seçilməsi və həmin adın yazılışının Azərbaycan Respublikasının dövlət dilinin normalarına uyğunlaşdırılması
Təbii və antropogen mənşəli, bütöv və nisbətən sabit ərazi törəmələri: materiklər, okeanlar, dənizlər, körfəzlər, boğazlar, adalar, yarımadalar, dağlar, zirvələr, meşələr, çaylar, göllər, buzlaqlar, səhralar, vulkanlar və digər təbiət obyektləri; milli parklar, təbiət qoruqları və bu kimi digər obyektlər; şəhərlər, rayonlar, şəhər rayonları, qəsəbələr və kəndlər; hava və dəniz limanları, dəmiryol stansiyaları
Coğrafi obyektlərin tanınması və bir-birindən fərqləndirilməsi məqsədi ilə onlara verilən adlar
Coğrafi obyektlərin mövcud adlarının aydınlaşdırılması, coğrafi obyektlərə ad verilməsi və onların adlarının dəyişdirilməsi
«Sərhədə qədər göndəriş». Təyin olunmuş vaxtda sərhəddə razılaşdırılmış məntəqəyə malın gətirilməsi satıcının öhdəsinə düşür. Burada «sərhəd» termini altında istənilən sərhəd, ixracatçı ölkənin sərhədi, eləcə də idxalatçı ölkənin sərhədi başa düşülür. Odur ki, bu şərt daxilində konkret yerin və ya məntəqənin adı göstərilməklə sərhədin dəqiq təyin edilməsi əsasdır. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
Faydalı qazıntıların çıxarılması, eləcə də onlarla əlaqədar olmayan yeraltı qurğuların tikilməsi məqsədilə huquqi və fiziki şəxslərə istifadəyə verilən yer təkinin hüdudları.
İnsanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumat.
Mənşəyi məlum olan, Dövlət Damazlıq Kitabında qeydə alınmış və pasport (şəhadətnamə) verilmiş, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins atlar