Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

351—360 / 1989
Birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisi.
Öz adından və öz hesabına əvvəlcədən kütləvi elan olunmuş alış və (və ya) satış qiymətləri ilə qiymətli kağızlar üzrə alqı -satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Kütləvi elan açıq elan formasında edilmiş təklifdir.
Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə e`tiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir.
Dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini qurumu.
Dini icmalar, idarələr və mərkəz, dini qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri.
Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyəti.
Veksellərin uçotu zamanı uçot təşkilatları tərəfindən alınan məbləğ.
Qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi.
Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
Domen adları sistemi (Domain Name System). DNS-nin əsas təyinatı qurğuların domen adlarını İP-ünvanlara və İP-ünvanları domen adlarına dəyişməkdir. DNS-nin əsası iyerarxiya üzrə bölünmüş verilənlər bazasıdır.